ABŞ
Tramp jurnalisti məhkəməyə verdi
ABŞ-ın keçmiş prezidenti Donald Tramp məşhur amerikalı jurnalist Bob Vudvordu onun razılığı olmadan müsahibələrin audiokitabını dərc etdiyinə görə məhkəməyə verib.
Publika.az xəbər verir ki, bu barədə “ Politico” nəşri məlumat yayıb.
İddia ərizəsində bildirilir ki, Tramp Vudvorda dəfələrlə xəbərdarlıq edib ki, verdiyi məlumatlar yalnız gələcəkdə çap olunacaq kitab üçündür.
Siyasətçi qeyd edib ki, jurnalist səs yazılarını ondan xəbərsiz yayıb və bu da “müəllif hüquqlarını pozur”.
Eks-prezident vurğulayıb ki, audiokitabın satışından heç bir qonorar almadığı üçün maddi itkilərlə üzləşib. “Associated Press”in verdiyi xəbərə görə, Tramp təzminat üçün 50 milyon dollar tələb edir.
İddia ABŞ-ın Florida ştatının Pensakola bölgə məhkəməsinə verilib.
Qeyd edək ki, B.Vudvord “The Washington Post” qəzetinin əməkdaşıdır. O, Uotergeyt qalmaqalına (1972-1974) və ABŞ prezidenti Riçard Niksonun istefasına səbəb olan jurnalist araşdırmasının iştirakçılarından biridir. Vudvord Donald Trampa həsr olunmuş “Qorxu”, “Tramp Ağ Evdə”(2018), “Qəzəb” (2020) və “Təhlükə” (2021) kimi kitabların müəllifidir.
Ayşən
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO

































.jpg)

.jpg)