ABŞ
Rusiya prezidentinin Baydenə təqdim etdiyi hədiyyənin qiyməti açıqlandı - FOTO
Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenə Cenevrədə keçirilən sammit zamanı təqdim etdiyi hədiyyə 2021-ci ildə amerikalı siyasətçinin aldığı ən bahalı hədiyyə kimi qiymətləndirilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
Putin 2021-ci ildə Amerika liderinə üzərində “Moskva” yazısı olan Xoxloma (taxta üstündə bəzəklər olan qab-qacaq dəsti) hədiyyə edib. Dəstin dəyəri 12 min dollar olaraq qiymətləndirilib. Hədiyyənin alınma şərtlərini göstərən sütunda imtinanın “həm hədiyyə verəni, həm də ABŞ hökumətini utandıracağı” qeyd olunub. Oxşar işarə dünya liderlərinin bütün digər hədiyyələri üçün də keçərlidir.

Öz növbəsində Bayden Cenevrə sammitində Putinə aviator günəş eynəyi və büllur bizon heykəlciyi hədiyyə edib.

Xatırladaq ki, 2021-ci ildə Cenevrədə keçirilən görüşdə Rusiya və ABŞ prezidentləri arasında danışıqlar 4,5 saat davam edib. Görüşlə bağlı liderlər ayrı-ayrılıqda mətbuat konfransı keçiriblər. Qeyd edək ki, konfransın nəticəsi olaraq Moskva ilə Vaşinqton strateji sabitlik və silahlara nəzarət üzrə birgə işi barədə razılığa gəldiyi açıqlanmışdı.
Aytən Məftun
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)


















.jpg)

.jpg)