ABŞ
Sallivandan kritik UKRAYNA AÇIQLAMASI: "Döyüş meydanında "kozır" versək..."
"Vaşinqtonda gec-tez Ukraynadakı münaqişənin danışıqlar masası arxasında həll olunacağına şübhə yoxdur".
Publika.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan NBC telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ öz vəzifəsini Kiyevin danışıqlar mövqelərini gücləndirməkdə, ona silah ötürməkdə görür.
"Nəticədə biz bu münaqişənin həllinin diplomatik müstəviyə keçəcəyini görəcəyik", - deyə Sallivan bildirib.
O əlavə edib ki, Vaşinqtonun vəzifəsi döyüş meydanında ukraynalılara "kozır" verməkdir ki, danışıqlar masası arxasında daha çox arqumentləri olsun.
Ağ Evin sözçüsü əmin edib ki, Birləşmiş Ştatlar hələ də Ukraynanın şərq və cənubdakı ərazilərini geri almağa çalışmalıdır.
Amerika mediası qeyd edib ki, Sallivan Vaşinqtonun Krımla bağlı mövqeyi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.
Hüseyn İbadlı
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi




































.jpg)
