ABŞ
Çinə kredit verilməməsi üçün bu qanun qüvvəyə minə bilər
Bir qrup ABŞ senatoru Dünya Bankı (DB) və Asiya İnkişaf Bankının (AİB) Çinə kredit verməsini qadağan edən qanun layihəsi təqdim ediblər.
Publika.az xəbər verir ki, bu barədə respublikaçı senator Con Barrasso məlumat verib.
“Bu bankların ən böyük donoru kimi ABŞ pul və resurslarımızın Çinə deyil, onlara ən çox ehtiyacı olan ölkələrə getməsini təmin etmək üçün məsuliyyət daşıyır. Bu qanun layihəsi Çinə kredit verilməsini dayandıracaq və çoxtərəfli inkişaf banklarını inkişaf məqsədlərinə yönəltməyə kömək edəcək”, - Barrasso bildirib.
Onun sözlərinə görə, 20-dən çox senator, o cümlədən Demokratlar Partiyasından biri tərəfindən dəstəklənən qanun layihəsi, Xəzinədarlıq Nazirindən sözügedən təşkilatlardakı ABŞ nümayəndələrinə “Çinə hər hansı bank krediti, müddətin uzadılması və ya texniki yardıma etiraz etmək” barədə göstəriş verməsini tələb edəcək.
Ayşən
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO




































