Publika.az xəbər verir ki, bu barədə ABŞ bank agentliyi məlumat yayıb. "First Citizens Bank & Trust Company" bölməsi tərəfindən satınalma 16,5 milyard dollar endirimlə, təxminən 72 milyard dollarlıq SVB aktivinin alınmasını əhatə edir.
Razılaşmanın bir hissəsi olaraq, FDIC potensial dəyəri 500 milyon dollara qədər olan "First Citizens" səhmlərinin hüquqlarını təmin edib. SVB qiymətli kağızları və digər aktivlərdə təxminən 90 milyard dolları sonradan bölüşdürülmək üçün FDIC-nin idarəsi altında qalacaq.
Bildirilir ki, "First Citiins"in təxminən 109 milyard dollar aktivləri və 89,4 milyard dollarlıq ümumi əmanətləri var.
Ayşən