ABŞ
ABŞ bankları çökür - Son 40 ilin ən sürətli depozit azalması
ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) sədri Martin Qruenberq 2023-cü ilin birinci rübündə bank sektoru ilə bağlı bir sıra qiymətləndirmələr edib.
Publika.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Qruenberq bildirib ki, son dövrlərdə bank sektorundakı mövcud stress sistemdə depozit axınını artırıb.
O, cəmi depozitlərin bu ilin ilk rübündə bir əvvəlki rüblə müqayisədə yüzdə 2,5 azalaraq 18,7 trilyon dollara çatdığını deyib. Və bunun məlumatların toplanmağa başladığı 1984-cü ildən bəri ən böyük azalma olduğunu qeyd edib.
Sədrin sözlərinə görə, sözügedən azalmada sığortalanan əmanətlərin artması ilə əlaqədar sığortalanmamış əmanətlərin azalması təsirlidir.
Qruenberq bu ilin birinci rübündə sığortalanmamış əmanətlərin 8,2 faiz azaldığını, eyni dövrdə sığortalanmış əmanətlərin isə 2,5 faiz artdığını qeyd edib.
“Bankların uğursuzluqlarının təsirləri nəzərə alındıqda, sektorun mənfəəti demək olar ki, sabit idi. Bank sektorunun xalis mənfəəti bu ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 16,9 faiz artaraq 79,8 milyard dollara çatıb. Lakin müflisləşmədən əldə edilən mühasibat gəlirləri nəzərə alınmadıqda mənfəət səviyyəsi təxminən eyni olaraq qalıb. Bank sferası son stress dövrü keçirdiyinə baxmayaraq sektor olduqca dayanıqlı olduğunu sübut etdi”.
Bank sektoru əhəmiyyətli eniş riskləri ilə üz-üzədir
Qruenberq xəbərdarlıq edib ki, bank sektoru inflyasiya, artan bazar faiz dərəcələri, yavaşlayan iqtisadi artım və geosiyasi qeyri-müəyyənliyin təsirlərindən əhəmiyyətli dərəcədə aşağı yönlü risklərlə üzləşir.
Onun sözlərinə görə, bu risklər kredit keyfiyyətini və gəlirliliyini zəiflətmək potensialına malikdir. Qruenberq sonda bunun da öz növbəsində daha sıx anderraytinqə, daha yavaş kredit artımına və daha yüksək ehtiyat xərclərinə səbəb ola biləcəyinə diqqət çəkib.
Ayşən
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi




































