ABŞ
Trampın ailəsi ilə bağlı ilginc iddia: Nədən Ağ Evə köçməyəcəklər?
Donald Trampın həyat yoldaşı Melania Tramp, qızı İvanka Tramp və kürəkəni Cared Kuşner Ağ Evə köçməyəcək.
Publika.az xəbər verir ki, bu barədə “People” jurnalı yazıb.
Məlumata görə, Tramp ailəsinə yaxın olan adı açıqlanmayan mənbələr Melanianın Ağ Evə köçmək istəmədiyini iddia edib.
Mənbələr Melania Trampın Nyu-Yorkdakı evində və ya Floridadakı Mar-a-Laqo malikanəsində yaşayacağını qeyd edib.
Həmçinin Melania Trampın siyasətdən nifrət etdiyi üçün bu məsələrdən uzaq qalacağı, ancaq Ağ Evdə iştirak etməsi lazım olan proqramlara qatılacağı bildirilib.
“PageSix” saytının məlumatına görə, Trampın qızı İvanka Tramp və kürəkəni Cared Kuşnerin də Ağ Evə köçməyəcəyi iddia edilir.
Qeyd edək ki, İvanka Tramp və əri Cared Kuşner Donald Trampın 2016-cı il seçki kampaniyasını dəstəkləyib və o, Ağ Evdə olarkən baş məsləhətçi vəzifəsində çalışıblar.
Roza
-
Rəsmi xronika19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...



























.jpg)









.jpg)
