ABŞ
Tramp daha bir sadiq tərəfdarına yüksək VƏZİFƏ VERDİ
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Pentaqonda işləyən 44 yaşlı Kaş Patelə Federal Təhqiqatlar Bürosunun ( FTB ) direktoru vəzifəsini tutmağı təklif edib.
Publika.az xəbər verir ki, bu barədə o, sahibi olduğu “Truth Social” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Mən qürur duyuram ki, Kaş Patel FTB-nin növbəti direktoru olacaq", - o deyib.
Onun sözlərinə görə, Patel korrupsiyaya qarşı mübarizə aparan, ədaləti və Amerika xalqını müdafiə edən” əla hüquqşünas və müstəntiqdir. O, Patelin "Amerikanın cinayət epidemiyasına son qoyacağına" ümid etdiyini bildirib.
Tramp qeyd edib ki, Patel 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Moskvaya aid edilən müdaxilənin ifşasında “kritik rol oynayıb”.
44 yaşlı Patel Trampın keçid komandasının üzvüdür və növbəti administrasiyada əsas vəzifələrə namizədlərin müzakirəsində iştirak edir. NBC telekanalının qeyd etdiyi kimi, Patel “Trampın maksimum sadiq tərəfdarı” hesab olunur və o, 2020-ci il seçkilərində qələbənin demokrat Cozef Bayden tərəfindən “oğurlandığına” əmindir. Trampın məğlubiyyətindən sonra Patel “Amerika vətəndaşlarına yalan danışan və Baydenə seçkilərin nəticələrini saxtalaşdırmağa kömək edən” məmurlar və jurnalistlərlə məşğul olacağına söz verib.
Qeyd edək ki, noyabrın ortalarından etibarən siyasətçi növbəti 4 ildə ölkəni idarə edəcək komanda formalaşdırmağa başlayıb.
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı

























.jpg)













