ABŞ
Bir zənglə Ukraynadakı münaqişəni bitirə bilər - Bu fövqəl insan kimdir?
"ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə bir zəng etsə, Ukraynadakı münaqişəyə son qoya bilər".
Publika.az xəbər verir ki, bunu Nyu Yorkdakı Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks jurnalist Taker Karlsona müsahibəsində bildirib .
Onun sözlərinə görə, Ukrayna münaqişəsini başa çatdırmaq üçün Tramp sadəcə telefonu götürməli, Putinə zəng etməli və 30 il ərzində NATO-nun Şərqə genişləndirilməsi cəhdlərinin hazırda Ukraynada baş verənlərə səbəb olan "yolverilməz və lazımsız təxribat" olduğunu söyləməlidir.
Saks düşünür ki, Tramp bunu etiraf edərsə, döyüşlər eyni anda bitəcək.
O qeyd edib ki, bu söhbətdən sonra tərəflər yalnız sülh sazişinin təfərrüatlarını razılaşdırmalıdırlar. Professorun sözlərinə görə, Ukraynadakı münaqişəni həll etmək üçün təkcə atəşkəsə nail olmaq yox, onun kök səbəbini həll etmək lazımdır.
Politoloq əlavə edib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Ukrayna münaqişəsindən yayına bilərdi, lakin “axmaqlığı” səbəbindən bunu edə bilməyib.
Hüseyn İbadlı
-
Magazin121:50Elşən bu məşhuru sevirmiş - ETİRAF
-
İdman21:39Tulin Ələkbərova həbs edildi
-
İdman20:24Rusiya çempionatında YENİ REKORD
-
Art20:00Bakıda memarlıq abidəsi təmir-bərpa işləri zamanı ZƏDƏLƏNDİ - FOTO
-
Hadisə19:36Gəncədəki qəzada xəsarət alanların sayı artdı - YENİLƏNDİ
-
Magazin119:24Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO
-
Region19:12Türkiyədə avtobus aşdı: çox sayda məhbus...
-
Milyonçu16:55Qazaxıstanlı cütlük kazinodan 1,18 milyon dollar uddu, həbsə atıldılar

















.jpg)
.jpg)















.jpg)



