Xəyanətdə suçlanan Censen Huanq “Nvidia”ya qayıtmaq üçün şərtləri açıqladı
Bizi izləyin

ABŞ

Xəyanətdə suçlanan Censen Huanq “Nvidia”ya qayıtmaq üçün şərtləri açıqladı

Xəyanətdə suçlanan Censen Huanq “Nvidia”ya qayıtmaq üçün şərtləri açıqladı

Nikahdankənar münasibətlərlə bağlı qalmaqal fonunda ötən həftə vəzifəsindən istefa verən “Nvidia” şirkətinin keçmiş baş direktoru Censen Huanq noyabrın 17-də bildirib ki, direktorlar şurası səhmdarların və əməkdaşların maraqlarına uyğun olduğuna qərar verərsə, şirkət rəhbəri vəzifəsinə qayıtmağı “şərəf hesab edər”.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Vəzifəmdən ayrıldıqdan sonra “Nvidia” əməkdaşlarından, investorlardan, işgüzar tərəfdaşlardan və müştərilərdən baş direktor vəzifəsinə qayıtmağım barədə çoxsaylı çağırışlar eşidirəm. Direktorlar şurası üçün problemlər yaratdım və buna görə dərindən təəssüflənirəm. Səhvlərimi tam etiraf edirəm və şuranın müstəqil araşdırması ilə əməkdaşlıq etməyi öhdəmə götürürəm”, – deyə Huanqın noyabrın 12-də istefasından sonra verdiyi ilk açıq bəyanatda bildirilir.

Bu bəyanat Huanqın nikahdankənar münasibətləri, o cümlədən çinli sahibkar Elis Huanqla əlaqələri barədə bir həftə ərzində üzə çıxan məlumatların ardından səsləndirilib. Vəziyyətlə tanış olan iki mənbənin bildirdiyinə görə, ABŞ xüsusi xidmət orqanları onun Çin Dövlət Təhlükəsizliyi Nazirliyi ilə əlaqələrinin səviyyəsini və Pekinə hansı məlumatları ötürmüş ola biləcəyini müəyyənləşdirməyə çalışır.

“Reuters”in üç mənbəsinin məlumatına görə, “Nvidia”nın direktorlar şurası Huanqın yenidən vəzifəyə qaytarılması ehtimalını müzakirə etməyib.

Yaranmış böhran artıq “Nvidia”nın bazar dəyərinin 700 milyard dollardan çox azalmasına səbəb olub, həmçinin şirkətin “CoreWeave” də daxil olmaqla rəqib şirkətlərin və bulud texnologiyaları sektorunda fəaliyyət göstərən müəssisələrin səhmlərinə mənfi təsir göstərib. “Nvidia” da “CoreWeave”in səhmdarlarından biridir.

Noyabrın 17-də, çərşənbə axşamı, “Nvidia”nın səhmləri təxminən 1 faiz ucuzlaşıb. Bununla belə, qiymətli kağızlar günün əvvəlində qeydə alınan itkilərdən sonra mövqelərini qismən bərpa edib. Şirkət milli təhlükəsizlik və ixrac nəzarətinə nəzarət üzrə direktorlar şurasının komitəsinin yaradıldığını elan edib. Komitəyə “Goldman Sachs”ın direktoru və keçmiş sədr müavini Syuzan Nora Conson rəhbərlik edəcək.

Bu, Huanqın vəzifədən ayrılmasından sonra şirkətin idarəetmə sahəsində atdığı ilk mühüm addımdır. Milli təhlükəsizlik və ticarət qanunvericiliyinə riayət olunmasına nəzarət edən qruplar bu komitəyə tabe olacaq, baş direktor vəzifəsini müvəqqəti icra edən Kolet Kress isə şirkətin gündəlik fəaliyyətinə rəhbərlik etməyə davam edəcək. ABŞ Prezidenti Donald Tramp bu təşəbbüsü yaxşı fikir adlandırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm