Puti Çində belə qarşılandı - VİDEO
Bizi izləyin

Dünya

Puti Çində belə qarşılandı - VİDEO

Puti Çində belə qarşılandı - VİDEO

Rusiya Prezidenti Vladimir Putin noyabrın 18-19-da keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) sammitində iştirak etmək üçün Çinin Şençjen şəhərinə səfər edib.

Publika.az xəbər verirn ki, bu barədə TASS məlumat yayıb.

Səfər çərçivəsində Rusiya liderinin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar aparacağı gözlənilir. Həmçinin Putin, Si Cinpin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov üçtərəfli görüşün bir hissəsinin jurnalistlər üçün açıq formatda keçirilə biləcəyini bildirmişdi. O, bu məsələ ilə bağlı yekun qərarın ev sahibi kimi Çinə məxsus olduğunu vurğulayıb.

“Reuters”in məlumatına görə, Çin danışıqlar çərçivəsində Ukraynadakı münaqişənin müzakirə olunmasının əleyhinədir. Çin tərəfi hesab edir ki, bu məsələ birbaşa Moskva və Vaşinqton arasında müzakirə edilməlidir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-ABŞ-Ukrayna formatında dialoqun davam etdirilməsi ehtimalını istisna etməyib. Donald Tramp da Putinlə ayrıca ikitərəfli görüş keçirmək istədiyini bəyan edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm