ABŞ
Pentaqon bu mövzuda Türkiyə ilə danışıqları davam etdirir
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ilə Suriyada SDQ (Suriya Demokratik Qüvvələri) adından istifadə edən terror təşkilatı PKK/YPG və DEAŞ ilə bağlı danışıqların davam etdiyini, Suriyadakı vəziyyət və regional təhlükəsizlik maraqları ilə əlaqədar kommunikasiya xətlərini açıq saxlamağa davam etdiklərini bildirib.
Publika.az xəbər verir ki, Pentaqonun sözçüsü Patrik Rayder gündəlik mətbuat konfransında Suriya ilə bağlı sualları cavablandırıb.
Rayder qeyd edib ki, Suriya hazırda həssas bir dönəmdədir:
“ABŞ qüvvələri, xüsusən də Əsəddən sonrakı rejimdə İŞİD-i məğlub etmək missiyasında illərdir SDQ ilə sıx əməkdaşlıq edir və bu, diqqətimizdədir. SDQ adından yerli xalqın deyəcəkləri və ya deməyəcəkləri haqqında danışmayacağam. Türkiyə NATO-nun çox dəyərli müttəfiqidir və biz Suriyadakı vəziyyət, regional təhlükəsizliklə bağlı kommunikasiya xətlərini açıq saxlamağa davam edirik”.
Aysel Şahmar
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər







.jpg)




























