ABŞ
Trampdan Ukraynaya növbəti ZƏRBƏ: Kiyevin "düşməni"ni mühüm vəzifəyə gətirir ki...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Pentaqonun yüksək vəzifələrinə namizədlərini açıqlayıb.
Publika.az “The New York Times”a istinadən xəbər verir ki, Tramp müdafiə nazirinin satınalma və davamlılıq üzrə müavini vəzifəsinə Maykl Daffinin namizədliyini irəli sürüb. Bu, Ağ Evin İdarəetmə və Büdcə Ofisinin keçmiş əməkdaşıdır, onun xahişi ilə Pentaqon 2019-cu ildə Ukraynaya 250 milyon dollarlıq hərbi yardım paketini bloklayıb.
Məlumata görə, bundan başqa, Tramp müdafiə nazirinin müavini vəzifəsinə Stiven A.Faynberqi, dövlət katibinin siyasət üzrə müşaviri vəzifəsinə Elbric Kolbini, katibin tədqiqat və inkişaf üzrə müşaviri vəzifəsinə Emil Mayklın namizədliyini irəli sürüb. Namizədliklər Senat tərəfindən təsdiqlənməlidir.
Amerikalı jurnalistlər Trampın birinci dövründə milyarder Feynberqin yüksək kəşfiyyat postunu tutduğunu, Kolbinin Trampın ilk dövründə də Pentaqonda xidmət etdiyini və Ukraynanın NATO-ya üzv olacağına şübhə etdiyini, Emil Mayklın Uber-də işlədiyini, lakin qalmaqaldan sonra istefa verdiyini xatırlayırlar.
Maykl Daffi ilə bağlı qəzet qeyd edir ki, Trampın Ukrayna liderindən korrupsiya sxemlərini araşdırmasını xahiş etdiyi telefon danışığından sonra Pentaqondan Kiyevə planlaşdırılan 250 milyon dollar məbləğində hərbi yardımı dondurmağı xahiş edən məhz Daffi olub.
Adəm Abbaslı
-
Region12:14Moskvadan İrəvana eyham: Tanqo üçün iki nəfər lazımdır
-
İdman11:53Messinin görüşdüyü qadın kimdir? - Həyəcanını gizlədə bilmədi - FOTOLAR
-
İdman10:54Azərbaycanlı futbolçu Rusiyada şou göstərdi: Möhtəşəm qol vurdu - VİDEO
-
Maraq dünyası10:18ABŞ ordusu niyə əfsanəvi "Qara quş"dan imtina etdi? - Maraqlı FAKT
-
İdman10:12Ulduzların olduğu canlı verilişdə məşhur aparıcının paltarı cırıldı - VİDEO
-
Maraq dünyası09:48Oktyabrın sonu bu bürclər "çekpot" effekti yaşayacaq - Pul yağışı gəlir
-
Köşə09:12Camaat “Qarabağ”ı düz edir söyür
-
Sosial08:24Azərbaycanda hər kəs bu toy kortejindən danışır - VİDEO













.jpg)


.jpg)



















