Araşdırma bitdi: ABŞ rəsmən elan etdi - USAID milyardları nəyə xərcləyib?
Bizi izləyin

ABŞ

Araşdırma bitdi: ABŞ rəsmən elan etdi - USAID milyardları nəyə xərcləyib?

Araşdırma bitdi: ABŞ rəsmən elan etdi - USAID milyardları nəyə xərcləyib?

ABŞ altı həftəlik araşdırmadan sonra Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83%-ni rəsmən bağlayır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədə paylaşım edib.

Marko Rubio bildirib ki, USAID proqramlarının əksəriyyəti ABŞ-ın maraqlarına xidmət etməyən məqsədlərə on milyardlarla dollar xərcləyib.

"Altı həftəlik araşdırmadan sonra biz USAİD-də proqramların 83%-ni rəsmi olaraq bağlayırıq. Hazırda bağlanan 5200 müqavilə on milyardlarla dollar ABŞ-ın əsas milli maraqlarına xidmət etməyən və bəzən hətta zərər vuran layihələrə xərclənib", - Rubio yazıb.

O qeyd edib ki, qalan 1000-ə yaxın proqram indi Dövlət Departamentinin nəzarəti altında daha effektiv şəkildə həyata keçirilməlidir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm