ABŞ-ın kəşfiyyat təyyarəsi bu ölkədən qəza siqnalı göndərdi - Nə baş verir?
Bizi izləyin

ABŞ

ABŞ-ın kəşfiyyat təyyarəsi bu ölkədən qəza siqnalı göndərdi - Nə baş verir?

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing WC-135R" kəşfiyyat təyyarəsi Böyük Britaniya sahillərində qəza siqnalı göndərib.

Publika.az xəbər verir ki, bu barədə "Flightradar" məlumat yayıb.

Təyyarə Mildenhalldan havaya qalxıb, Hollandiya üzərində uçub, sonra dönüb və Kromerdən şərqdə dəniz üzərində bir neçə dəfə dövrə vurub.

Daha sonra "Boeing" "Squawk 7700" siqnalını ötürüb ki, bu da bortda fövqəladə vəziyyətin olduğunu göstərir.

Təyyarənin sonda Mildenhall aviabazasının yaxınlığında yerə endiyi məlum olub.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm