ABŞ
Məşhur aktyor ABŞ-dakı lüks evini ucuz qiymətə satdı - FOTOLAR
Amerikalı aktyor Cim Kerri ABŞ-dakı lüks evini sataraq alıcıya təxminən 12 milyon dollar endirim edib.
Publika.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Malikanə Los-Ancelesin eksklüziv Brentvud bölgəsində yerləşir. Əmlak ilk dəfə 2023-cü ildə 28,9 milyon dollara satışa çıxarılıb və sonradan qiymət bir neçə dəfə aşağı salınıb. Dekabrda Kerri 19,8 milyon dollar ödəməyə hazır olan potensial alıcılardan biri ilə müqavilə imzalamaq istəsə də, sonda sövdələşmə baş tutmayıb. Dəfələrlə qiymətlərin endirilməsinə baxmayaraq, aktyor ev üçün ödədiyindən qat-qat artıq pul alıb - o, 1994-cü ildə əmlakı 3,8 milyon dollara satın alıb.
Evin sahəsi min kvadratmetrə yaxın, torpaq sahəsi isə 0,8 hektardır. Ərazidə tennis kortu, hovuz, yoqa və meditasiya sahəsi, həmçinin kinoteatr var. Evdə beş yataq otağı və doqquz vanna otağı var.
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları













.jpg)






.jpg)







.jpg)

.jpg)







