ABŞ
Trampın Ukrayna ilə bağlı qırmızı xətləri var?
"ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə münasibətlərdə qırmızı xətlər çəkmək istəmir".
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit brifinq zamanı bildirib.
"Mən bu kürsüdən prezident Trampa və ya onun adından qırmızı xətlər çəkmək istəmirəm", - o deyib.
Levitt əlavə edib ki, Tramp həqiqətən də Rusiya və Ukraynanı humanitar məsələləri bir-biri ilə birbaşa müzakirə etməyə çağırıb. Ağ Evin mətbuat katibinin sözlərinə görə, bu istiqamətdə artıq irəliləyiş müşahidə olunub.
Levitt, xüsusilə Rusiya və Ukraynanın İstanbuldakı danışıqlardan sonra apardıqları bir neçə məhbus mübadiləsini xatırladıb.
Bundan əvvəl Donald Tramp bildirib ki, ABŞ Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra Ukrayna münaqişəsi üzrə danışıqlar prosesindən çıxa bilər. Amerika lideri münaqişə tərəflərinə “uğurlar” arzulayaraq, gedə biləcəyini qeyd edib. Onun sözlərinə görə, “bu, son olacaq”. Tramp əlavə edib ki, Ukrayna ilə bağlı razılaşmanın mümkün olub-olmadığını anlamaq üçün ona “bir neçə dəqiqə” lazımdır.
Hüseyn İbadlı
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları














.jpg)





.jpg)







.jpg)

.jpg)







