ABŞ
ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İrana XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyannamənin Amerika Prezidenti üçün çox önəmli olduğunu vurğulayıb.
Publika.az xəbər verir ki, bunu digər ölkələrin "Tramp marşrutu"nu (Zəngəzur dəhlizi - red.) əngəlləməyə çalışacağı təqdirdə Vaşinqtonun hansı addımlar atacağı ilə bağlı sualı cavablandırarkən deyib.
"Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə fərziyyələr irəli sürməyəcəyəm. Bütün dünya bilir ki, Prezident (ABŞ) Donald Trump ciddi qəbul edilməlidir. Bu razılaşma (sülh Bəyannaməsi - Red.) onun üçün vacibdir", - Bryus jurnalistlər üçün brifinqdə deyib.
O vurğulayıb ki, əvvəllər Aİ, Fransa, Rusiya və ABŞ-in keçmiş prezidenti Co Bayden Bakı ilə İrəvan arasında sülh prosesində uğursuz vasitəçilik səyləri etsələr də, yalnız Tramp real nəticə əldə edə bilib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra birgə Bəyannamə imzalayıblar. Sənəd Bakı və İrəvanın sülh arzusunu vurğulayan yeddi maddəni özündə əks etdirir.
Sənəddə qeyd edilir ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında sazişin əvvəlcədən razılaşdırılmış mətnini paraflayıb, həmçinin kommunikasiyaların açıllmasının vacibliyini təsdiqləyiblər.
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları














.jpg)





.jpg)







.jpg)

.jpg)







