ABŞ
Trampın Nobel almasını dəstəkləyən liderlər: Siyahıda İlham Əliyev də var
Ağ Ev ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatı üçün dəstəkləyən xarici liderlərin siyahısını dərc edib.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yerləşdirilib.
Trampın namizədliyini Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Kambocanın Baş naziri Hun Sen, Qabon Prezidenti Brays Oliqi Nqema, İsrailin Baş naziri Benyamin Netanyahu, Pakistan hökuməti və Ruandanın xarici işlər naziri Olivye Nduhunqirehe dəstəkləyib.
İyun ayında respublikaçı konqresmen Buddi Karter Trampı Nobel Sülh Mükafatına namizəd göstərmişdi. Nobel Komitəsinə yazdığı məktubda o, Trampın “İsrail və İran arasında silahlı münaqişəyə” son qoyulmasında “fövqəladə və tarixi rol” oynadığını bildirib. Bundan bir qədər əvvəl Pakistan hökuməti də onu Hindistanla münaqişədə vasitəçiliyinə görə mükafata layiq görülməsini tövsiyə etmişdi.
Prezident İlham Əliyev Donald Trampın Nobel Sülh mükafatına layiq görülməsi üçün Nikol Paşinyan ilə birgə Nobel komitəsinə müraciət etməyi təklif edib. Dövlət başçısı Vaşinqtonda birgə bəyanat zamanı bu barədə deyib: “Bəlkə biz Baş nazir Paşinyan ilə razılaşarıq və Nobel mükafatının komitəsinə birgə təşəbbüs də irəli sürə bilərik. Cənab Tramp bu mükafata layiqdir”.
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları













.jpg)






.jpg)







.jpg)

.jpg)







