Tramp Putinə nə təklif edəcək? - İLGİNC DETALLAR
Bizi izləyin

ABŞ

Tramp Putinə nə təklif edəcək? - İLGİNC DETALLAR

ABŞ prezidenti Donald Tramp Alyaskadakı danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinə Ukrayna ilə bağlı “atəşkəs əvəzində ərazilər” formuluna əsaslanan razılaşma təklif edəcək.

Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbəyə istinadən məlumat yayıb.

Nəşrin mənbəsinə görə, bu düstur ağlabatandır və “realdır”.

Həmçinin bildirilib ki, Putin təklif olunan razılaşmanı rədd edərsə, Tramp yeni anti-Rusiya sanksiyaları tətbiq etməyə hazırdır, çünki belə bir cavab onun üçün “alçaldıcı” olardı.

Avqustun 15-də Tramp və Putin Alyaskada danışıqlar aparacaq. Görüş Ankoric yaxınlığındakı Elmendorf-Richardson hərbi bazasında baş tutacaq. Danışıqların Bakı vaxtı ilə saat 23:30-da, təkbətək söhbətlə başlaması planlaşdırılır, burada liderlərdən başqa, yalnız tərcüməçilər də olacaq.

Qarşıdakı danışıqların əsas mövzusu Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə nizamlanmasının axtarışıdır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm