ABŞ
"Bayden 350 milyard dolları konfet kimi payladı"
"ABŞ artıq Ukrayna konfliktinə maliyyə baxımından qarışmır, keçmiş ABŞ prezidenti Co Bayden isə pulları konfet kimi paylayırdı".
Publika.az xəbər verir ki, bunu ABŞ-ın hazırkı prezidenti Donald Tramp Nazirlər Kabinetinin iclasında bildirib.
“Biz artıq bu konfliktə maliyyə baxımından qarışmırıq. Bayden 350 milyard dolları elə payladı, sanki bu, konfet idi,” - deyə Tramp bildirib.
Prezident vurğulayıb ki, Ukraynaya nəhəng məbləğdə vəsait ayrılıb və onun böyük hissəsi nağd şəkildə göndərilib. Vəsaitin bir hissəsi isə Kievə göndərilən texnika almağa sərf olunub.
Tramp həmçinin bildirib ki, ABŞ-ı Moskva görüşlərində xüsusi nümayəndə Stiv Uitkoff və iş adamı Cared Kuşner təmsil edir və onlar Ukraynada vəziyyətin sülh yolu ilə həllinin mümkün olub-olmadığını araşdırırlar.
Danışıqlar artıq başlayıb. Görüşdən bir qədər əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva sülh yolu ilə tənzimləməni müzakirəyə açıqdır, lakin müəyyən edilmiş hərbi məqsədlərə çatmalıdır.
Hüseyn İbadlı
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO






























.jpg)





