ABŞ
Tramp Maskla necə yola gedir?
ABŞ Prezidenti Donald Tramp hazırda sahibkar İlon Maskla çox yaxşı yola getdiyini bildirib.
Publika.az xəbər verir ki, ABŞ lideri bunu hökumətin iclası zamanı deyib.
“İlona çox simpatiyam var. Seçkilər zamanı mənə böyük kömək etdi, məni dəstəklədi. O, bizim ortaq problemimizin olduğuna qəti şəkildə inanırdı... Düşünürəm ki, biz yaxşı yola gedirik”, - deyə Ağ Evin rəhbəri vurğulayıb.
İyunda Tramp və Mask arasında açıq mübahisə yaşanmışdı. Sahibkar vətəndaşlar üçün nəzərdə tutulan vergi güzəştləri ilə bağlı qanun layihəsini tənqid etmişdi. Buna cavab olaraq ABŞ Prezidenti büdcə vəsaitinə qənaət etmək məqsədilə Maskın layihələrinə ayrılan subsidiyaların və dövlət müqavilələrinin dayandırılmasını təklif etmişdi.
Bundan sonra "X" sosial şəbəkəsində keçmiş dostlar arasında qalmaqal alovlanmış, Mask Trampın ABŞ Prezident seçkilərində onun dəstəyi olmadan qələbə qazana bilməyəcəyini demişdi.
Sentyabr ayında Tramp konservativ siyasətçi və aktivist Çarli Kirkın vida mərasimində Maskla görüşüb və söhbəti barədə müsbət danışmışdı. Həmin vaxt ABŞ lideri və milyarder bir-birinin əlini sıxmışdı.
Hüseyn İbadlı
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO






























.jpg)





