ABŞ
ABŞ Milli Təhlükəsizlik Agentliyində "ƏLƏNMƏ" BAŞLADI - 2000 nəfər...
ABŞ-ın radioelektron kəşfiyyat, kiberkəşfiyyat və elektron kommunikasiya şəbəkələrinin mühafizəsi ilə məşğul olan Milli Təhlükəsizlik Agentliyi (NSA) işin optimallaşdırılması çərçivəsində 2000 əməkdaşını ixtisar edib.
Publika.az xəbər verir ki, bu barədə "Defense One" nəşri üç mənbəyə istinadla məlumat yayıb.
Xüsusi xidmət orqanında aparılan kadr “təmizliyi”, ABŞ prezidenti Donald Tramp administrasiyasının federal hökumətin ölçülərini kiçiltməyə, həmçinin kəşfiyyat icmasında şişirdilmiş struktur və siyasi yönümlülüyü aradan qaldırmağa yönəlmiş bir neçə aylıq təzyiqinin nəticəsidir.
İşçilərin bir hissəsi işdən çıxarılıb, digərləri özləri istefa verib, üçüncülər isə ixtisarın təxirə salınmasına razılaşıb.
"Defense One" qeyd edir ki, agentliyin əməkdaşlarının hansı faizinin NSA-dan ayrıldığını müəyyənləşdirmək mümkün deyil, çünki qurumun personal sayı məxfiləşdirilib. Bununla belə, Merilend ştatı hakimiyyətinin ötən il dərc etdiyi məlumat bülletenində agentliyin 39 min nəfərdən ibarət heyətə malik olduğu bildirilir.
Hüseyn İbadlı
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO






























.jpg)





