ABŞ
ABŞ tələb etdi, Maduro razılaşdı: Dərhal göstəriş verdi
Venesuela prezidenti Nikolas Maduronun göstərişinə əsasən, ABŞ-ın Arizona ştatının Feniks şəhərindən Karakasa xidmət göstərən Maiketia Beynəlxalq Hava Limanına uçuşlara yenidən icazə veriləcək.
Publika.az xəbər verir ki, bu barədə Venesuela Nəqliyyat Nazirliyi məlumat yayıb.
Nazirlik sözügedən uçuşların müntəzəm olaraq çərşənbə və cümə günləri həyata keçiriləcəyini bəyan edərək, Venesuela hökumətinin miqrantların repatriasiyası ilə bağlı bu ilin yanvarında ABŞ ilə əldə edilmiş razılaşmaya sadiq qaldığını vurğulayıb.
Venesuela hökuməti noyabrın 29-da ABŞ-ın venesuelalı miqrantlar üçün uçuşları birtərəfli qaydada dayandırdığını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp noyabrın 29-da Venesuela və ətrafındakı hava məkanının tamamilə bağlanacağını bəyan edib.
Venesuela da Trampın bəyanatından sonra Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) "suverenliyin pozulması" ilə bağlı şikayət etdiyini bildirib.
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO






























.jpg)





