ABŞ
Trampdan sərt xəbərdarlıq: Keçdikləri anda vuracağıq
ABŞ prezidenti Donald Tramp administrasiyanın Latın Amerikasını quru yolu ilə keçən narkotik tacirlərinə “çox tezliklə” zərbə endirə biləcəyini bildirib.
Publika.az “CBS News”ə istinadən xəbər verir ki, Tramp bu barədə kabinet iclasında jurnalistlərə açıqlamasında deyib.
“Biz qurudan da zərbə endirməyə başlayacağıq. Bu, quruda daha asandır. Onların marşrutlarını bilirik, harada yaşadıqlarını bilirik. Pis insanların harada olduğunu bilirik və bunu çox yaxında həyata keçirəcəyik”, - Ağ Ev rəhbəri qeyd edib.
Tramp yerüstü əməliyyatların vaxtı və yerini dəqiqləşdirməyib, lakin bildirib ki, zərbələr yalnız Venesuelaya məhdudlaşmayacaq. O, qeyri-qanuni narkotik istehsalı və daşınmasında rol oynayan hər bir ölkənin hədəf altında olduğunu, o cümlədən ABŞ-ın narkotik ticarətinə nəzarət etməməkdə ittiham etdiyi qonşu Kolumbiyanı da qeyd edib.
Xatırladaq ki, ABŞ ordusu Karib hövzəsində mövcudluğunu artırır.
Adəm
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO






























.jpg)





