ABŞ
Tramp onları təhqir etdi - Elə sözlər dedi ki...
ABŞ Prezidenti Donald Tramp Minnesotadakı somalili mühacirlər və demokrat konqresmen İlhan Ömər haqqında sərt ifadələr işlədib, onları “zibil” adlandırıb.
Publika.az ABŞ mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdəki iclasda bildirib.
Tramp qeyd edib ki, somalili mühacirlər iqtisadiyyata töhfə vermirlər və əhəmiyyətli sosial ödənişlər alırlar. O, somalililərin ABŞ-ı qarət etdiklərini vurğulayıb:
"Somalililər bu dövlətin milyardlarla dollarını talayıblar. Onlar il ərzində milyardlarla dollar qazanır, amma heç bir töhfə vermirlər. Tullantıları bu ölkəyə yığmağa davam etsək, yanlış yola düşə bilərik. İlhan Ömər zibildir. Onun dostları da zibildir".
Trampın bu sözləri ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin (USCIS) direktoru Cozef Edlovun bəyanatı fonunda səsləndirilib. O, agentliyin "narahatlıq verən" ölkələrdən olan əcnəbi vətəndaşların yaşıl kartlarına baxış keçirmək niyyətində olduğunu açıqlayıb. Bu ölkələr arasında Somalinin də adıı çəkilib. Buna Vaşinqtonda Milli Qvardiyanın əsgərlərinə hücumdan sonra qərar verilib.
Qeyd edək ki, İlhan Abdullahi Ömər Somali əsilli Amerika siyasətçisi və Demokrat Partiyasının Minnesotadan olan konqresmenidir. 2016-cı ildə o, Minnesota Nümayəndələr Palatasına seçilərək ABŞ qanunverici orqanına seçilən ilk somalili-amerikalı oldu.
Adəm
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO






























.jpg)





