ABŞ
Tramp Azərbaycanın dostu olan konqresmeni və həyat yoldaşını əfv etdi
Çərşənbə günü, dekabrın 3-də ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasının demokratlardan olan üzvü Henri Kuelar və həyat yoldaşı İmelda üçün əfv səlahiyyətindən istifadə edib.
Publika.az xəbər verir ki, cütlük yüksək profilli federal rüşvət və sui-qəsd işində ittiham olunurdular.
Bu barədə “Associated Press” məlumat yayıb. Ağ Evin rəhbəri qərarını bununla izah edib ki, Amerika ədliyyə sistemi, onun fikrincə, “silahlanıb” və qərəzli olub.
Daha əvvəl öz hüquqi problemlərini siyasi təqib kimi xarakterizə edən Tramp sosial mediada Kueların keçmiş prezident Co Baydenin immiqrasiya siyasətini tənqid etdiyi üçün hüquq-mühafizə orqanlarının hədəfinə çevrildiyini iddia edib.
Tramp demokratları siyasətçini “həqiqəti dediyinə görə” təqib etməkdə ittiham edib. Lakin prezident bu iddianı təsdiqləyən heç bir sübut təqdim etməyib.
Federal prokurorlar Henri Kuelar və onun həyat yoldaşını rüşvət almaqda ittiham ediblər. Amma mətbuatda onların erməni lobbisinin təsiri ilə həbs edildiyi də bildirilirdi. Müstəntiqlər iddia edirlər ki, konqresmen guya pul müqabilində enerji şirkətinin və Azərbaycanın nəzarətində olan bankın maraqlarını təbliğ edib.
Konkret olaraq, o, Bakının xeyrinə qanunvericiliyə təsir göstərməyə və Nümayəndələr Palatasında azərbaycanyönlü çıxışlar etməyə razılıq verməkdə ittiham olunub.
Bütün bu ittihamlar onu deməyə əsas verir ki, Kueların həbsində erməni izi olub.
Tural
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı
-
Region04:14Ankara Cevdet Yılmazı Tehrana göndərir
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO






























.jpg)





