ABŞ
Tramp demokratları “son xoşbəxt Milad”la HƏDƏLƏDİ
ABŞ Prezidenti Donald Tramp qalmaqallı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı materialların dərc olunması fonunda demokratlara xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri “Truth Social” sosial şəbəkəsində yazıb.
O, bildirib ki, bu Milad onlar üçün sonuncu ola bilər.
Onun sözlərinə görə, “uğursuzlar yenidən iş başındadır”, lakin bu dəfə onların günahsız dostları ciddi zərər görəcək və nüfuz itkisi ilə üzləşəcək. ABŞ prezidenti əlavə edib ki, təəssüf ki, demokratların korrupsiyalaşmış siyasət dünyası belədir.
“Bəlkə də sizin üçün sonuncu olacaq xoşbəxt Miladdan zövq alın!” - deyə Tramp qeyd edib.
O vurğulayıb ki, Demokratlar Partiyasının nümayəndələri Epşteyn qalmaqalına mümkün əlaqələri üzə çıxanda bir çox məsələləri izah etməli olacaqlar, ABŞ prezidentinin maliyyəçinin cinayətlərində iştirakı ilə bağlı iddialar isə yalan çıxacaq.
Bundan bir gün əvvəl Epşteyn işi üzrə sənədlərdə Trampın zorlamada ittiham olunmasına dair məlumatların yer aldığı bildirilmişdi.
ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı materialların bir hissəsini dekabrın 20-də dərc edib. Ümumilikdə təxminən 3965 fayl mövcuddur ki, onların əksəriyyəti fotoşəkillərdir. Məlumatların ümumi həcmi 3 GB təşkil edir. Materiallar dörd qrupa bölünüb: bəzi fayllar ayrıca şəkillərdən, digərləri isə çoxsəhifəli sənədlərdən ibarətdir.
Hüseyn İbadlı
-
Magazin219:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman18:36Volk Messi və Ronaldo arasında seçim etdi
-
Sosial18:12Bu qalib şirkətə 400 min manata yaxın vəsait ödəniləcək
-
Nida Təhlil 17:00Bakı Brüsselin diqqət mərkəzində: Azərbaycanın rolu sürətlə artır
-
Dünya15:04Dünya bu möcüzədən danışır: Böyük şəhəri belə sərinləşdirirlər - VİDEO
-
Magazin114:40Tünzalə Ağayeva : “Sənətimin zirvəsindəyəm” - VİDEO
-
Ekologiya13:50Günəşin son 10 ildə atdığı ən böyük "bomba" - Bu tarixdə Yerə çatacaq
-
Dünya13:08Orbitimizə yaxınlaşır - Kuba bir söz deyir, Tramp başqa söz










.jpg)

.jpg)


.jpg)



.jpg)















