Magazin2
Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
"Vogue" redaktorları Teylor Svift və Trevis Kelsinin toyuna gələcək qonaqların ehtimal olunan siyahısını təqdim ediblər. B
Publika.az xəbər verir ki, bu barədə nəşrin rəsmi saytında məlumat verilib.
Ekspertlər qeyd ediblər ki, qonaqlar siyahısında cütlüyün yaxın dostları, musiqi sənayesindən olan həmkarları və NFL nümayəndələri yer alır. Konkret şəxslər arasında: Selena Qomez, Cici Hadid, Suki Uoterhaus, Emma Stoun, Sabrina Karpenter, Qreysi Abrams, "Haim" bacıları, həmçinin Ceyson və Kayli Kelsi var. Bundan başqa, Teylor Sviftdən şahzadə Uilyam və Keyt Middltonun da dəvətnamə almış ola biləcəyi bildirilir.
Ötən ilin avqustunda futbolçu Trevis Kelsi və müğənni Teylor Svift nişanlandıqlarını elan ediblər. Cütlük sosial şəbəkələrdə qucaqlaşdıqları və əl-ələ tutduqları fotoları paylaşıb. Futbolçu sevgilisinə "Artifex Fine Jewelry" zərgərlik salonunda dizayner Kayndred Lubek ilə birlikdə hazırladığı üzüyü hədiyyə edib. İdmançı qızıl halqa üzərində qədim üslubda kəsilmiş brilyantla bəzədilmiş zinət əşyasını seçib.
Sviftin amerika futbolu ulduzu Kelsi ilə eşq yaşaması xəbərləri ilk dəfə 2023-cü ildə ortaya çıxıb. Şayiələr məşhurların fotoqraflar tərəfindən bir neçə dəfə birlikdə görüntülənməsindən sonra yayılıb. Bundan əlavə, amerikalı müğənni NFL ulduzunun oyunlarını izləyib.
Hüseyn İbadlı
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi
-
Nəqliyyat19:12Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı



































