ABŞ
Maduro Nyu-Yorka gətirildi - VİDEO/YENİLƏNDİ
Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorka gətirilib.
Publika.az xəbər verir ki, Venesuela liderinin Narkotiklərlə Mübarizə İdarəsinin Nyu-York ofisində görüntüləri Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.
Yayımlanan videoda Maduronun agentlərin nəzarəti altında dəhlizdə əlləri qandallı şəkildə getdiyi görünür.
Bu görüntülər Venesuela Prezidentinin Nyu-Yorka gəlişinin ilk rəsmi sübutudur.
"NBC News"un məlumatına görə, Venesuela liderinin yanvarın 5-də Manhetten federal məhkəməsində narkotik və silah qaçaqmalçılığı ittihamları ilə hakim qarşısına çıxarılacağı gözlənilir.
xxx
02:42
Venesuela prezidenti Nikolas Maduronun olduğu ehtimal edilən təyyarə Nyu-Yorka enib.
Publika.az xəbər verir ki, bu barədə "Flightradar24" xidməti məlumat yayıb.
Məlumata görə, "Boeing 757-223" tipli təyyarə Quantanamo hərbi bazasından havaya qalxıb. Təyyarənin qeydiyyat nömrəsi ilə bağlı məlumatlar mövcud deyil.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, ABŞ hərbçiləri Maduronu əvvəlcə Nyu-Yorka gətirəcək, bundan sonra isə ABŞ hakimiyyəti onun həyat yoldaşı ilə birlikdə məhkəmə qarşısına harada çıxarılacağına - Mayamidə, yoxsa Nyu-Yorkda - qərar verəcək.
ABŞ lideri vurğulayıb ki, Maduro "Cartel de los Soles" adlı narkokartelə rəhbərlik edib. Onun sözlərinə görə, Venesuela lideri artıq “prezident deyil” və hakimiyyətin təhvil verilməsinədək ölkənin idarə olunması ABŞ tərəfindən həyata keçiriləcək.
Venesuela Xarici İşlər Nazirliyi Vaşinqtonun hərəkətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmək niyyətində olduğunu bildirib və BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
Hüseyn İbadlı
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək







.jpg)





























