ABŞ
ABŞ Kuba və Kolumbiyaya da hücum edəcək? - Trampdan şok sözlər
ABŞ Prezidenti Donald Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü istisna etməyib.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Milad və Yeni il tətillərini Mar-a-Laqo iqamətgahında keçirdiyi Vest-Palm-Biçdən Vaşinqtona gedən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Onu kokain istehsal etməyi və ABŞ-a satmağı sevən xəstə adam idarə edir. O, bunu uzun müddət etməyəcək – bunu sizə mən deyirəm", - Tramp bildirib.
ABŞ-nin Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü nəzərdən keçirib-keçirmədiyi barədə suala Tramp "bu, yaxşı səslənir" cavabını verib.
ABŞ lideri, eyni zamanda Kuba hakimiyyəti barədə də açıqlama verib. Onun sözlərinə görə, onlar gəlir çatışmazlığı səbəbindən çökməyə yaxındır.
Onun sözlərinə görə, Kubanın hazırda heç bir gəliri yoxdur.
"Onlar bütün gəlirlərini Venesuela neftindən alırdılar, indi isə artıq heç nə əldə etmirlər. Kuba isə sözün əsl mənasında çökməyə hazırdır", - ABŞ Prezidenti söyləyib.
Vaşinqtonun Havanaya qarşı mümkün hərbi əməliyyatları ilə bağlı suala isə Tramp belə cavab verib:
"Düşünürəm ki, Kuba sadəcə çökəcək. Düşünmürəm ki, hər hansı tədbir görməliyik, görünür, sadəcə olaraq çökəcək".
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək







.jpg)



























