ABŞ
Bayden bu qədər pensiya alır: Fantastik məbləğ
ABŞ-ın keçmiş prezidenti Co Bayden rekord məbləğdə pensiya alır: illik məbləği 417 min dollar (708 min manat), aylıq məbləğ isə 34 min 750 dollar (59 min manat). Onun aldığı pensiya hətta prezidentlik maaşından da çoxdur.
Publika.az xəbər verir ki, ekspertlər bildirib ki, bu pensiya məbləği Baydenin özünəməxsus karyera yolu sayəsində mümkün olub. 44 il Senatda vitse-prezident, daha sonra isə prezident vəzifələrində çalışıb. O, iki fonddan ödənişlər alır.
Ekspertlərin fikrincə, əgər maksimum əmək haqqının 80%-dək ödənişlərə qoyulan məhdudiyyət olmasaydı, Bayden təkcə Senat təqaüdündən 254.000 dollardan (431 min manat) çox ala bilərdi. Bu məbləğə keçmiş prezidentlər üçün pensiya fondundan ildə 250 min dollar - Nazirlər Kabineti katibinin maaşına bərabər məbləğ əlavə olunur.
Qeyd olunur ki, Bayden həmçinin ofis sahəsi, işçi heyəti və avadanlıqlar da daxil olmaqla əlavə vergi güzəştləri də alır. Onun 2026-cı il büdcəsi 1,5 milyon dolları keçib ki, bu da digər keçmiş prezidentlərdən daha yüksəkdir.
Ekspertlər qeyd edir ki, Baydenin vəziyyəti unikaldır.
Qeyd edək ki, hazırda ABŞ prezidentinin illik maaşı 400 min dollardır (680 min manat). Hazırkı prezident Donald Trampın aylıq maaşı 33 min dollardan çoxdur. Bu məbləğ Azərbaycan manatı ilə 56 min manat təşkil edir.
Adəm
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək







.jpg)



























