ABŞ
Bu gün dünya güc və qüdrətlə idarə olunur - Trampın müşavirindən etiraf
Donald Tramp administrasiyası dövründə ABŞ supergüc kimi çıxış etmək və Qərb yarımkürəsindəki maraqlarını nəyin bahasına olursa-olsun müdafiə etmək niyyətindədir.
Publika.az CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin daxili təhlükəsizlik üzrə müşaviri Stiven Miller bildirib.
O, beynəlxalq münasibətlərin beynəlxalq ləyaqətlə deyil, güc və qüdrətlə müəyyən olunduğunu iddia edib.
Miller deyib ki, azad dünyanın gələcəyi ABŞ-ın öz maraqlarını müdafiə etmək qabiliyyətindən asılıdır. Onun fikrincə, İkinci Dünya müharibəsindən sonra Qərb üzr istəməyə, yalvarmağa və kütləvi təzminat sxemlərinə əl atmağa başlayıb.
Bildirilir ki, Millerin açıqlamaları yeni ABŞ Milli Təhlükəsizlik Strategiyasının dərc olunması fonunda ortaya çıxıb. Dövlət Departamenti əvvəllər Qərb yarımkürəsini özününkü və ABŞ üçün həyati əhəmiyyətli zona adlandırmışdı və Tramp bu bölgənin Amerikaya doğma olduğunu vurğulamışdı.
Xatırladaq ki, bu cür ritorika Tramp administrasiyasının ABŞ maraqlarını güc yolu ilə aqressiv şəkildə həyata keçirməsini əks etdirir. Bu isə Venesuelada Nikolas Maduronu devirmək üçün həyata keçirilən əməliyyatda nümayiş etdirilib.
Adəm
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək







.jpg)



























