ABŞ
ABŞ Rusiya və İrana xəbərdarlıq etdi: Trampla oyun oynamayın!
ABŞ Dövlət Departamenti "X" sosial media şəbəkəsindəki rusdilli hesabında "Trampla oyun oynamayın!" başlığı ilə şəkil paylaşıb.
Publika.az xəbər verir ki, fars dilində paylaşılan oxşar mesajda isə "Prezident Tramp hərəkətli bir insandır. Bilmirdiniz? İndi bilirsiniz" deyə qeyd olunub.
İngilis dilində orijinal versiya isə agentlik tərəfindən 3 yanvarda, ABŞ-ın Venesueladakı hərbi əməliyyatından sonra yayımlanıb. Əlavə edilən foto, Tramp və onun administrasiyasının üzvlərinin ABŞ-ın Karakasdakı hədəflərə zərbə endirdiyi və Venesuela prezidenti Nikolas Maduronu saxladığı "Mütləq Qətiyyət" əməliyyatını müşahidə edərkən çəkilib.
Qeyd edək ki, bundan əvvəl Dövlət Departamentinin əsas hesabında Qərb yarımkürəsini "bizim" adlandıran və "Bu, bizim yarımkürəmizdir. Prezident Tramp təhlükəsizliyimizə təhdidlərə yol verməyəcək" başlığı ilə bəyanat da dərc olunub.
Bildirilir ki, bu nəşrlər Tramp administrasiyasının beynəlxalq səhnədə ABŞ-ın qətiyyətini və gücünü nümayiş etdirməyə yönəlmiş aqressiv ünsiyyət tərzini əks etdirir. Rus dilindəki müraciət ənənəvi olaraq Karakasla sıx əlaqə saxlayan və Vaşinqtonun Venesueladakı hərəkətlərini pisləyən Moskvaya yönəlmiş bir siqnal kimi qəbul edilə bilər.
Adəm
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı
























.jpg)


.jpg)
.webp)











