ABŞ
ABŞ-da sərhədçilər SİLAHA ƏL ATDILAR - “Dəhşətli atışma” niyə baş verib?
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində sərhəd xidməti əməkdaşı silahlı şəxsə qarşı atəş açıb.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" öz mənbələrinə istinadla məlumat yayıb.
Zərərçəkənin səhhəti barədə məlumat hələ açıqlanmayıb. Hadisə yerli hakimiyyət orqanlarına məruzə edilib.
Ştat qubernatoru Tim Volts federal agentlərin Minnesota ərazisində törətdiyi “dəhşətli atışma” ilə bağlı prezident administrasiyası ilə danışdığını bildirib. O, "X" sosial şəbəkəsində prezident Donald Trampdan əməliyyatı dayandırmağı və “minlərlə təlimsiz və qəddar agenti” ştatdan çıxarmağı tələb edib.
Minneapolisdə gərginlik 7 yanvar tarixində qeydə alınan hadisədən sonra artıb. O vaxt qaçqın və gömrük xidmətinin (ICE) əməkdaşları qanunsuz miqrantları aşkarlamaq əməliyyatı apararkən yolda dayanmış bir qadından maşını tərk etməsini tələb ediblər. Qadın avtomobili hərəkət etdirəndən sonra əməkdaşlardan biri atəş açıb və onu xilas etmək mümkün olmayıb. Şəhər meri Jakob Frey ICE əməkdaşlarının hərəkətlərini məsuliyyətsiz adlandırıb və onların geri çağırılmasını tələb edib.
Hüseyn İbadlı
-
Sosial22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu











.jpg)





.webp)



















