ABŞ
Trampdan Orbanla bağlı gözlənilməz açıqlama - “Bu, böyük şərəfdir”
ABŞ Prezidenti Donald Tramp Macarıstan sakinlərinə çağırış edərək onları qarşıdan gələn seçkilərdə hazırkı Baş nazir Viktor Orbanı dəstəkləməyə səsləyib.
Publika.az xəbər verir ki, o, müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb.
Tramp Orbanı "əsl dost, mübariz və qalib" adlandıraraq, onun yenidən seçilməsinə tam dəstək verdiyini bildirib. Amerika lideri qeyd edib ki, Macarıstan baş nazirini hələ 2022-ci ildə dəstəkləyib və bunu yenidən etmək onun üçün böyük şərəfdir. ABŞ Prezidenti macar həmkarını öz ölkəsi uğrunda yorulmadan mübarizə aparan "həqiqətən güclü və nüfuzlu lider" kimi xarakterizə edib.
Xatırladaq ki, Macarıstanda parlament seçkiləri aprelin 12-də keçiriləcək. Orban 2010-cu ildən bəri hökumət başçısı vəzifəsini tutur, ondan əvvəl isə 1998-2002-ci illərdə kabinetə rəhbərlik edib. Yenidən seçiləcəyi təqdirdə, bu, onun altıncı müddəti olacaq.
Hüseyn İbadlı
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi





































.jpg)
.jpg)