ABŞ
Üç general eyni vaxtda vəzifədən uzaqlaşdırıldı - ABŞ ordusunda nə baş verir?
ABŞ Müdafiə Nazirliyində (Pentaqon) yüksək rütbəli hərbçilərlə bağlı ciddi kadr dəyişiklikləri baş verib.
Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Pentaqon təkcə ABŞ ordusunun Baş Qərargah rəisini deyil, daha iki yüksək rütbəli generalı da vəzifəsindən kənarlaşdırıb. Söhbət oktyabr ayında Ordunun Təlim və Transformasiya Komandanlığına rəhbərlik etmiş general Devid Hodne və ordunun baş keşişi general-mayor Uilyam Qrindən gedir.
Bundan əvvəl ABŞ müdafiə naziri Pit Heqset ABŞ Ordusunun Baş Qərargah rəisi Rendi Corcun istefasını tələb edib. Bildirilir ki, Heqset bu vəzifəyə ABŞ prezidenti Donald Trampla razılaşdırılmış yeni namizədin təyin olunmasını planlaşdırır.
Müdafiə naziri həmçinin bildirib ki, qarşıdakı bir neçə gün ABŞ və İran arasında davam edən qarşıdurmada dönüş nöqtəsi ola bilər. Onun sözlərinə görə, Tehran mövcud vəziyyətdən xəbərdardır və ABŞ-a ciddi təsir göstərmək üçün kifayət qədər hərbi imkanlara malik deyil.
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi





































.jpg)
