ABŞ
Trampdan dərman idxalı ilə bağlı SƏRT QƏRAR - İstehsalçıların 2 çıxış yolu var
ABŞ Prezidenti Donald Tramp istehsalçılar qiymətləri aşağı salmağa və ya istehsalı ABŞ-a köçürməyə razı olmadıqları təqdirdə, ölkəyə gətirilən bir sıra əczaçılıq preparatlarına 100% məbləğində rüsumların tətbiq edilməsi barədə göstəriş verib.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Tramp "milli təhlükəsizliyi və ABŞ-ın səhiyyə sistemini gücləndirmək məqsədilə patentləşdirilmiş əczaçılıq məhsullarına və onların inqrediyentlərinə rüsumların tətbiq edilməsini" əmr edib. 100% məbləğində tariflər "böyük şirkətlər üçün 120 gündən, kiçik şirkətlər üçün isə 180 gündən sonra" qüvvəyə minəcək.
Bundan əvvəl Böyük Britaniya dünyada ilk olaraq əczaçılıq məhsullarına tətbiq edilən Amerika rüsumlarından azad olunmağa nail olub.
Ötən ilin aprelində Tramp 185 ölkə və ərazidən gələn mallara gömrük rüsumlarının tətbiq edildiyini elan etmiş, sonradan müxtəlif dövlətlərdən edilən idxal tariflərini dəfələrlə dəyişmişdi. Lakin avqustun 29-da Kolumbiya dairəsinin Apellyasiya Məhkəməsi dövlət başçısının bu rüsumların bir çoxunu tətbiq edərkən səlahiyyətlərini aşdığı barədə qərar çıxarıb. Amerika administrasiyası sentyabrın 4-də həmin qərardan şikayət edərək Ali Məhkəməyə müraciət ünvanlayıb.
Hüseyn İbadlı
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
MDB13:56Fransız tarixçi niyə Rusiya vətəndaşlığını seçdi? - İlginc səbəb
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək






















.jpg)











