ABŞ
Trampın komandasında "İran çatı": Vens qiyam qaldırdı - Gizli detallar üzə çıxdı
Tramp administrasiyasında İranla bağlı ciddi fikir ayrılığı yaranıb. Vitse-prezident Cey Di Vens Tehrana qarşı hərbi əməliyyatların ən böyük əleyhdarı kimi çıxış edir.
Publika.az xəbər verir ki, bu barədə "Time" jurnalı Trampa yaxın mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Vens hərbi əməliyyatın keçirilməsinə kəskin etiraz edib. Hətta Donald Trampın özü də yaxın ətrafı ilə söhbətində bu məqama toxunaraq, "Vensin bu planlardan heç xoşum gəlmir, lakin qərar artıq verilib" deyə qeyd edib.
Almaniyanın "Bild" nəşri isə Trampın komandasında yaranmış "parçalanma" haqqında yazıb. Məlumata görə, hazırda administrasiyada iki düşərgə formalaşıb.
"The Atlantic" nəşri isə qeyd edir ki, Marko Rubio aktiv hərbi hərəkətlərin tərəfdarı olduğu halda, Vens kampaniyaya qarşı çıxıb. Vitse-prezident sonda administrasiyanın rəsmi mövqeyinə tabe olsa da, şəxsi söhbətlərində hələ də öz fikrini müdafiə edir. Tramp isə Rubionu "dəqiq zərbələrinə" görə tərifləyib, Vensin isə bu məsələyə "daha az entuziazmla" yanaşdığını etiraf edib.
Müəllif: Adəm
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi





































.jpg)
