ABŞ
Ayın görünməyən tərəfi - Astronavtlar orada nə gürüblər? / VİDEO
"Artemis II" missiyasının "Orion" kosmik gəmisinin heyət üzvləri BBC-yə verdikləri müsahibədə Ayın görünməyən tərəfini ilk dəfə gördüklərindən danışıblar.
Publika.az xəbər verir ki, NASA astronavtları Rid Uayzman, Viktor Qlover və Kristina Kox, həmçinin Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen Yer kürəsinin peyki ətrafında dövrə vuracaq missiyalarının üçüncü gününə qədəm qoyublar.
"Dünən gecə biz Ayın arxa tərəfini ilk dəfə gördük və bu, sadəcə möhtəşəm idi. Düşünürəm ki, Ayın fərqli görünən maraqlı xüsusiyyətlərindən biri onun qaranlıq sahələridir. Bu, əvvəllər heç vaxt görmədiyimiz bir şeydir", — deyə Kristina Kox qeyd edib.
Aprelin 2-nə keçən gecə Florida ştatındakı Con Kennedi adına Kosmik Mərkəzin 39A meydançasından "Orion" kosmik gəmisi ilə birlikdə birdəfəlik istifadə üçün nəzərdə tutulan "Space Launch System" (SLS) ifrat ağır raketi start götürüb. "Artemis II" çərçivəsində içərisində insanların olduğu gəmi son 50 ildən artıq müddətdə ilk dəfə Yerətrafı orbiti tərk edəcək və Ayın yaxınlığından uçub keçəcək.
Hüseyn İbadlı
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi





































.jpg)
