ABŞ
Maskın atası Rusiya və ABŞ paytaxtlarını müqayisə etdi
Sahibkar İlon Maskın atası Errol Mask Moskva və Vaşinqtonu müqayisə edib.
Publika.az xəbər verir ki, o, bu barədə "RİA Novosti"yə verdiyi müsahibədə danışıb.
O bildirib ki, ABŞ paytaxtı son illərdə tənəzzülə uğrayıb və əvvəllər çox gözəl şəhər olsa da, indi "getto"ya çevrilib.
Mask deyib ki, Kolumbiya dairəsi bir vaxtlar çox gözəl yer idi, lakin indi bura gettodur. Onun sözlərinə görə, Rusiya paytaxtı ilə müqayisədə Vaşinqton bu gün ucuz və baxımsız görünür. Bununla yanaşı, o qeyd edib ki, problem şəhərin özü ilə deyil, idarəetmənin keyfiyyəti ilə bağlıdır.
Bu fikri davam etdirərək o, Demokratlar Partiyasını tənqid edib. Mask Virciniyanın seçilmiş qubernatorunu nümunə gətirərək iddia edib ki, həmin şəxs elə ilk gündən 50-yə yaxın yeni vergi tətbiq edib, öz maaşını artırıb və digər seçilmiş rəsmi şəxslərin ödənişlərini 20% çoxaldıb. Agentliklə söhbətində Mask əlavə edib ki, demokratlar çox axmaqdırlar və onların nə dərəcədə axmaq olduqlarını sual edib.
Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsi ənənəvi olaraq Demokratlar Partiyasının qalası hesab olunur: partiyanın namizədləri orada seçkilərdə demək olar ki, həmişə qalib gəlirlər. ABŞ-ın hazırkı prezidenti Donald Tramp isə daha əvvəl Vaşinqtonu yenidən təhlükəsiz etdiyini bəyan etmişdi.
Hüseyn İbadlı
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi





































.jpg)
