ABŞ
Milyardlıq “qalxan” ucuz İran PUA-larına qarşı - ABŞ-ın “Qızıl mərmi”ləri sınağa çəkilir
ABŞ İranla münaqişə fonunda bahalı silah ehtiyatlarının tükənməsi təhlükəsi ilə üzləşə bilər.
Publika.az xəbər verir ki, "The New York Times" qəzeti məlumat yayıb.
Qeyd edilib ki, İran tərəfi hər birinin qiyməti təxminən 35 min dollar olan ucuz pilotsuz uçuş aparatlarından (PUA) fəal istifadə edir. ABŞ və müttəfiqləri isə bu dronları zərərsizləşdirmək üçün istehsalı və istismarı qat-qat baha başa gələn yüksək texnologiyalı sistemlərdən yararlanırlar.
Vurğulanır ki, xərclər arasındakı bu asimmetriya müdafiə resursları üzərində əlavə yük yaradır. Bənzər model daha əvvəl digər münaqişələrdə də özünü göstərib və ucuz PUA-ların kütləvi tətbiqi bahalı əks-tədbir sistemlərinin effektivliyinə təsir edib.
Qiymətləndirmələrə görə, hərbi əməliyyatların yalnız ilk altı günü ərzində ABŞ-ın xərcləri 11,3 milyard dollara çatıb. Amerika Sahibkarlıq İnstitutunun analitikləri hesab edirlər ki, ümumi xərclər gələcəkdə 25-35 milyard dollar təşkil edə bilər və bu vəsaitin mühüm hissəsi hava hədəflərinin vurulmasına yönəldilib. Ekspertlər ABŞ-ın texnoloji üstünlüyünə baxmayaraq, arsenalın boşalması riskinə diqqət çəkirlər.
Bu vəziyyət müasir münaqişələrdə hərbi xərclərə yenidən baxılmasının, yüksək texnologiyalı sistemlərlə kütləvi müdafiə vasitələri arasında balansın qorunmasının zəruriliyini bir daha gündəmə gətirir.
Hüseyn İbadlı
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq




















.jpg)















.jpg)