ABŞ
Maskdan Zelenskiyə çağırış: Getmək vaxtıdır!
Amerikalı sahibkar İlon Mask Ukrayna prezidenti Vladimir Zelenskini istefaya çağırıb. O, Ukrayna liderinin münaqişənin başa çatmasında maraqlı olmadığı, çünki bu halda seçkilərlə üzləşərək hakimiyyəti itirə biləcəyi barədə səsləndirilən fikirlərə dəstək verib.
Publika.az xəbər verir ki, Mask "X" sosial şəbəkəsində müvafiq paylaşımı şərh edərək, məhz bu səbəbdən qanlı qarşıdurmanın davam etdiyini bildirib və Zelenskinin getməli olduğunu vurğulayıb.
Xatırladaq ki, Mask daha əvvəl Qərb ekspertlərinin Ukrayna rəhbərliyinə yönələn tənqidlərinə diqqət çəkib və onların qənaətləri ilə həmrəy olduğunu ifadə edib.
Xəbərin mənbəsinin bildirdiyinə görə, mövzunun mediada müzakirəyə çıxmasına ABŞ prezidenti Donald Trampın təşəbbüsü də səbəb olub. Belə ki, Tramp Amerika iqtisadiyyatını sabitləşdirmək və dünya bazarında enerji resurslarının qiymətlərini aşağı salmaq məqsədilə Rusiya ilə böyük həcmdə dizel yanacağının alınmasına dair razılaşma əldə etməyi təklif edib.
Müəllif: Adəm
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!



























.jpg)









