Avropa
Avropaya üz tutan miqrantlar Afrikaya göndəriləcək - Beş ölkədən qərar
Danimarka, Almaniya, Avstriya, Niderland və Yunanıstan sığınacaq müraciətləri rədd edilmiş miqrantlar üçün Ruandada mərkəz yaradılması barədə razılığa gəliblər.
Publika.az xəbər verir ki, ölkələr yaxın vaxtlarda Ruanda hakimiyyəti ilə danışıqlara başlayacaqlar. Mərkəzə öz ölkələrinə qaytarılması mümkün olmayan miqrantların göndərilməsi nəzərdə tutulur.
Danimarkanın Baş naziri Mette Frederiksen təşəbbüsü Avropada sərhəd nəzarətinin gücləndirilməsi və sığınacaq sisteminin islahatı baxımından mühüm addım adlandırıb.
Lakin insan hüquqları təşkilatları miqrantların Ruandada hüquqi qeyri-müəyyənlik şəraitində uzun müddət qala biləcəyindən narahatdırlar.
Qeyd edək ki, Danimarka noyabrın 23-də Ruanda ilə əməkdaşlıq və investisiyaların genişləndirilməsinə dair saziş imzalamağı planlaşdırır. Xarici işlər naziri Lars Lökke Rasmussen ilk miqrantların 2027-ci ildə göndərilə biləcəyini bildirib.
Norveçin Tərəqqi Partiyası da təşəbbüsə qoşulmağa çağıraraq ölkəsinin sazişin altıncı iştirakçısı olmasını tələb edib.
Ləman
-
Avropa05:45Avropaya üz tutan miqrantlar Afrikaya göndəriləcək - Beş ölkədən qərar
-
Ekologiya03:44Noyabrın sonunadək Bakıda hava necə olacaq? - Xəbərdarlıq
-
ABŞ02:19ABŞ banklarında kütləvi nasazlıq yaşanır - Gözlənilən “rəqəmsal qiyamət” başladı?
-
Region16 Noyabr 22:32Tehranda HHM sistemləri işə düşdü: Atəş səsləri eşidildi - Nə baş verir?
-
Sosial16 Noyabr 19:00Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
-
Nida Xəbər 16 Noyabr 18:40İşçilər bu halda narkoloji müayinədən keçiriləcəklər
-
Nida Xəbər 16 Noyabr 15:56Əhaliyə şad xəbər: Qaz və işıq limitlərinə yenidən baxıla bilər
-
Dünya16 Noyabr 15:38Estoniya Rusiya işğalına hazırlaşır: “Rəqəmsal səfirlik” planı













.jpg)
.webp)




















.jpg)