ABŞ-da benzinin kəskin ucuzlaşdı
Bizi izləyin

ABŞ

ABŞ-da benzinin kəskin ucuzlaşdı

ABŞ-da benzinin kəskin ucuzlaşdı

ABŞ-da yanacaqdoldurma məntəqələrində benzinin qiyməti mart ayının ortalarından bəri ən aşağı səviyyəyə enib.

Publika.az xəbər verirm ki, bu barədə “Bloomberg” Amerika Avtomobil Assosiasiyasının məlumatlarına istinadla məlumat yayıb.

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması fonunda adi qurğuşunsuz benzinin bir qallonu (3,79 litr) 3,78 dollara düşüb. Qiymətlərin belə dəyişməsinə Fars körfəzindən xammal tədarükünün həcminin bərpası, eləcə də ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücumları yenidən başlatmaq niyyətində olmadığını göstərən açıqlamaları səbəb olub.

Agentliyin qeyd etdiyi kimi, benzinin ucuzlaşması inflyasiya təzyiqinin azaldığını göstərir. Bununla belə, vəziyyətin normallaşmasına hələ çox var.

Yanacağın qiyməti İsrail və ABŞ-ın İranda əməliyyata başlamazdan əvvəlki səviyyədən hələ də yüksəkdir. Buna baxmayaraq, ABŞ-da benzin ehtiyatları artmağa başlayıb, dizel yanacağının bir qallonunun (təxminən 3,8 litr) qiyməti isə 6 dollardan aşağı düşüb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm