Avropa
Bricit Makronu psixoanalitikə göndərmək istəyir: Hələ də nənəsini "dəfn" etməyib
Fransa prezidenti Emmanuel Makron özünü hələ də uşaq hesab etdiyini etiraf edib. Həyat yoldaşı Bricit Makron isə onun psixoanalitikə müraciət etməli olduğunu düşünür.
Publika.az xəbər verir ki, bu maraqlı etiraflar fransalı jurnalist Ketrin Nenın yeni bioqrafik kitabında yer alıb.
Kitabda Makronun uşaqlıq illəri, nənəsinin onun xarakterinin formalaşmasına təsiri və Bricitlə münasibətlərinin tarixçəsi barədə diqqətçəkən detallara yer verilib.
48 yaşlı Fransa lideri uşaqlıq və gənclik illərində həyatına hökm edən qadınların - ilk növbədə nənəsinin, daha sonra isə özündən 24 yaş böyük həyat yoldaşının təsiri altında olduğunu bildirib.
“Mən hələ də uşağam. Heç vaxt yeniyetməlik dövrüm olmayıb. Yeniyetmələri sevmirəm, onları başa düşmürəm. Amma həyat yoldaşım başa düşür”, - Makron bioqrafına danışarkən deyib.
Müəllifin sözlərinə görə, Makronun nənəsi Manett məktəb direktoru olub və nəvəsini özünün “şah əsəri” kimi yetişdirməyə çalışıb. O, oğlanın həyatına və təhsilinə ciddi nəzarət edib, hətta onun vaxtının böyük hissəsini dərslərə ayırmasını tələb edib.
Makron 14 yaşında bir qızla görüşməyə başlayanda isə nənəsi bundan qəzəblənib. Bioqrafın iddiasına görə, yeniyetmə yalnız “bir daha qızlara baxmayacağına” söz verdikdən sonra nənəsinin rəğbətini yenidən qazana bilib.
Bricit Makron da nənənin həyat yoldaşına güclü təsir göstərdiyini təsdiqləyib. Onun sözlərinə görə, Emmanuel hələ də nənəsinin ölümünü qəbul edə bilməyib və onun yerini dolduracaq birini tapmayıb.
“Emmanuel hələ də nənəsini dəfn etməyib. Hətta ona əvəz də tapmayıb. O, psixoanalizdən keçməlidir”, - Bricit kitabın müəllifinə bildirib.
15 yaşlı Makron 39 yaşlı müəlliminin diqqətini necə çəkib?
Kitabda Makronla Bricitin münasibətlərinin başlanğıcına da geniş yer ayrılıb. Onlar tanış olanda Emmanuelin 15, Bricitin isə 39 yaşı olub. Həmin vaxt Bricit evli idi və üç övlad böyüdürdü. O, Makronun məktəbdə dram sənəti müəllimi olmaqla yanaşı, oğlanın dostlarından birinin də anası idi.
Bioqrafın iddiasına görə, gələcək Fransa prezidenti münasibətlərdə təşəbbüsü özü ələ alıb və müəlliminin diqqətini qazanmağa çalışıb. Bricit onun romantik cəhdlərini “yetkin insanın ovsunlanması” kimi xarakterizə edib.
Makronun birlikdə pyes yazmağı təklif etdiyi, bununla da ikilikdə vaxt keçirmək imkanı yaratmağa çalışdığı bildirilir.
Bricit sonralar rəfiqəsinə danışıb ki, bir dəfə Emmanueldən öz uşaqlarının olmasını istəyib-istəmədiyini soruşub. Makronun cavabı isə belə olub:
“Xeyr, istəyirəm ki, yalnız mənim qayğıma qalasan”.
Tənqidə dözmür, səhvini etiraf etməkdə çətinlik çəkir
Bioqrafiyada Makron istedadlı, lakin qapalı xarakterli insan kimi təqdim olunur. Müəllifin sözlərinə görə, o, uşaqlıqdan yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkib, demək olar ki, dostları olmayıb. Tənqidi qəbul etmək də onun güclü tərəflərindən sayılmır.
Ketrin Nenın fikrincə, bu xüsusiyyətlər prezidentlik dövründə də davam edib. Makron öz səhvlərini etiraf etməkdə çətinlik çəkir və hətta üzr istədikdən sonra belə, sonradan baş verənləri izah edərək haqlı olduğunu sübut etməyə çalışır.
Müəllif bu xüsusiyyətin siyasi qərarlara da təsir göstərdiyini düşünür. O, xüsusilə 2024-cü ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarını xatırladır. Həmin seçkilər nəticəsində Makronun koalisiyası parlamentdə çoxluğu itirib və Fransada uzunmüddətli siyasi böhran yaranıb.
Qeyd edək ki, Makron prezidentlik müddətinin son mərhələsinə daxil olub. Onun mərkəzçi koalisiyası parçalanma yaşayır, ölkədə siyasi gərginlik davam edir. Eyni zamanda, Marin Le Penin rəhbərlik etdiyi sağçı qüvvələrin və Jan-Lük Melanşonun təmsil etdiyi sol düşərgənin mövqeləri güclənir.
Müəllif: Adəm
-
Avropa12:04Bu ölkənin prezidenti Saakaşvili haqda ədəbsiz ifadə işlədib - Lavrov adını açıqladı
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: Bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?


















.jpg)
.jpg)


















