Magazin2
Məşhur model irinli yara ilə realiti şouda iştirak etdi - “Yorğanın altına girib ağrıdan ağlayırdım”
Məşhur rusiyalı bloqer və model Mariya Poqrebnyak əməliyyatdan dərhal sonra TNT telekanalında yayımlanan “İdeal qarət” realiti-şousunda iştirak etdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə TNT-də yayımlanan “Səhər” verilişinin efirində danışıb.
““İdeal qarət”də əməliyyatdan sonra iştirak edirdim. Antibiotik qəbul edirdim, yorğanın altına girib ağrıdan ağlayırdım. Bir məqamda vəziyyətim çox ağırlaşdı. İsti havalar başladı, əməliyyatdan sonra yaranmış yara irinləməyə başladı və başa düşdüm ki, orqanizmimdə artıq ciddi iltihabi proses gedir”, – deyə bloqer bildirib.
Poqrebnyak əlavə edib ki, səhhətindəki problemləri digər iştirakçılardan gizlədib. O, realiti-şouda iştirak etməyi çox istədiyi üçün ağrılara və özünü pis hiss etməsinə baxmayaraq, buna dözdüyünü etiraf edib.
Bundan əvvəl Poqrebnyak ona şok yaradan diaqnoz qoyulduğunu açıqlamışdı. Model pnevmoniyaya tutulduğunu bildirmişdi.
Hüseyn İbadlı
-
Magazin221:48Məşhur model irinli yara ilə realiti şouda iştirak etdi - “Yorğanın altına girib ağrıdan ağlayırdım”
-
Avto20:36Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
İdman20:12Millimizdən möhtəşəm qələbə
-
Kriminal19:4823 yaşlı qadın qətlə yetirildi - Ögey qardaşı saxlanıldı
-
Magazin119:24Aktrisa Leyla Musayeva vəfat etdi
-
Dünya19:12Astronomlar Süd Yolunun dəqiq kütləsini müəyyən etdilər
-
Region18:12İranın Qeşm adasında silsilə partlayışlar baş verdi
-
Rəsmi xronika17:36Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO







.jpg)
.jpg)





























