Art
“Əli və Nino”-nun PREMYERASI
“Əli və Nino” filminin Azərbaycanda ilk premyerası oktyabrın 5-də Heydər Əliyev Mərkəzində olacaq.
Publika.az xəbər verir ki, yazıçı Qurban Səidin
dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən filmin
təqdimat mərasimində ekran əsərinin yaradıcı heyəti də iştirak
edəcək.
Çəkilişləri 2015-ci il ərzində aparılan “Əli və Nino” filminin
süjet xətti Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci
əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğalı fonunda
müxtəlif dinlərə etiqad edən iki gəncin sevgi hekayəsi üzərində
qurulub.
Filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer,
rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi
isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.
Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi
İçərişəhərdə, Qobustan, Xınalıq, Gəncə və Gədəbəydə aparılıb.
104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və
Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç,
Mendi Petinkin, Fəxrəddin Manafov, Konni Nilson, Rikkardo Samariko,
Humayon Erşardi, Əsad Buab, Numan Akar və digər məşhur aktyorlar
iştirak ediblər.
“Əli və Nino”nun ilk nümayişi 2016-cı yanvarın 27-də ABŞ-ın nüfuzlu
“Sundance” beynəlxalq film festivalı çərçivəsində olub. Ekran əsəri
festivalda 3 gün ərzində “Premyera” kateqoriyasında təqdim
edilib.
Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq “CinemaPlus”
kinoteatrlar şəbəkəsində nümayiş olunacaq. Ekran əsəri Azərbaycan
və ingilis dillərindədir.
Qeyd edək ki, oktyabrın 24-də başlayacaq Asiya Dünya Film Festivalı
“Əli və Nino” filmini açılış mərasimində nümayiş olunacaq ekran
əsəri kimi seçib.
Cəvahir
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb
-
Magazin214:05
Məşhur aparıcı tanınmaz halda - VİDEO
-
Sosial13:25
Bakıda ucuz avtomobillər satışa çıxarılır - Siyahı
-
Avropa12:45
Bu ölkə 7 saatlıq iş gününə keçir