Art
Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq
Azərbaycan Xalça Muzeyi 25-27 oktyabr tarixlərində Bakıda “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumuna ev sahibliyi edəcək.
Muzeydən Publika.az-a verilən məlumata görə, bu tədbirə Amerika, Avropa və Asiya ölkələrindən çoxsaylı iştirakçılar qatılacaq. Beləliklə, Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq. Belə ki, keçəçilik sənəti üzrə dünyada tanınmış mütəxəssis, Şotlandiyanın San Andryus (St Andrews) Universitetinin nüfuzlu professoru Stefani Bunn Azərbaycana gələcək. O, "Keçə mədəniyyətinin Avrasiyadakı kəsişmə nöqtələri” mövzusunda məruzə ilə çıxış edəcək.
S.Bunn San Andryus Universitetində Orta Asiyanın keçə sənətini və Şotlandiyanın toxuculuq sənətini araşdıraraq sosial antropologiya mövzusunda mühazirələr oxuyur. O, Qırğızıstanın keçəçilik sənətinə həsr edilmiş əsərləri toplayaraq Britaniya Muzeyində ilk sərgisini təşkil edib. S.Bunn, həmçinin “Nomadic Felt” jurnalının müəllifi və “Anthropology and Beauty” nəşrinin redaktorudur. Hazırda o, “Woven Communities” layihəsinin rəhbəridir.
Qeyd edək ki, beynəlxalq simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də müxtəlif sahələrdə tətbiq edilməsidir. Simpozium çərçivəsində “Keçəçilik ənənə kimi”, “Keçə müasir incəsənətdə”, “Keçə moda dünyasında bir trend kimi” mövzularında müzakirələr aparılacaq. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou (fashion show) təşkil olunacaq.
-
Kriminal20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 15:20Əli Əsədov qərar imzaladı
-
Region12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?
-
Nida Xəbər 11:12BDU-da araşdırma başlayır! - Məleykə Abbaszadə hərəkətə keçdi









.jpg)




.jpg)









.png)












