Art
“Son iclas” Tbilisidə təqdim olundu - FOTOLAR
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “Son iclas” bədii-sənədli filminin təqdimatı keçirilib.
“Report”un verdiyi xəbərə görə, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Amirani” kinoteatrında baş tutub.
Filmin nümayişindən öncə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov AXC-nin yaranma tarixindən danışıb. O bildirib ki, cəmi 23 ay yaşamasına baxmayaraq, AXC Şərqin ilk və ən demokratik respublikasına çevrilə bilib və ilk respublika Azərbaycan xalqının milli qürur mənbələrindən biridir.
Diplomat AXC-nin 100 illiyi ilə əlaqədar Gürcüstanda keçirilmiş sərgi, rəsmi qəbul, konfrans və digər silsilə tədbirlər barədə də məlumat verib:
“Bu gün “Son iclas” filminin nümayişi Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş sonuncu tədbirdir. Film Cumhuriyyətin son günlərində baş verən hadisələrdən bəhs edir və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir”.
Daha sonra “Son iclas” filmi ingilis dilində gürcücə subtitrlərlə nümayiş etdirilib. Tamaşaçılar arasında Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, tanınmış azərbaycanlı və gürcü ziyalılar, gənclər və tələbələr olub. Film izləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Filmə tamaşa edən gürcü politoloq Tengiz Txilava jurnalistlərə ekran əsərinin yüksək peşəkarlıqla hazırlandığını deyib:
“Film məndə çox güclü təəssürat yaratdı. Ekran əsərinə sona qədər demək olar ki, bir nəfəsə tamaşa etdim. Film bir tərəfdən çox emosional hazırlanıb, digər tərəfdən də maraqlı faktlarla zəngindir. Təəssüf edirəm ki, Gürcüstanda ilk respublikanın yaradılmasının 100 iliyinə həsr olunmuş bu cür film hazırlanmayıb”.
Film bundan əvvəl Antalyada nümayiş olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


.jpg)






















.jpg)
.jpg)
